“Barselona” çempion olacaq” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta La Liqa çempinluğu uğrunda gedən mübarizədən danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti komandasının çempion olacağını düşündüyünü deyib: 

“Xavi çempionluğu qazanmağın bizim üçün çətin olacağını söyləmişdi. Mən həmişə Xavi ilə razıyam. Öz adımdan deyirəm ki, həqiqətən çətin olacaq. Amma çempionluğu qazanacağıq. Əminəm ki, “Barselona” qalib gəlmək üçün favorit olacaq”.

Hazırda turnir cədvəlində “Jirona” 52 xalla (21 oyun) liderdir, “Real” 51 xalla (20 oyun) 2-ci, “Barselona” isə 44 xalla (20 oyun) 3-cüdür. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button