Breytveyti razı sala bilmirlər

“Barselona” hücumçu Martin Breytveyti klubdan getməyə razı salmağa çalışır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Barsa” hücumameyilli oyunçuların sayını azaltmağa çalışır və artıq 31 yaşlı danimarkalıya əməkdaşlığı davam etdirmək istəmədikləri barədə məlumat veriblər.

Hücumçu ABŞ səfərinə çıxan futbolçuların siyahısına daxil edilməyib və kataloniyalılar bu müddət ərzində onun özünə yeni klub tapacağını gözləyirdilər. Breytveyt isə “Barsa”dan getməkdən imtina edir.

Breytveyt keçən mövsüm bütün turnirlərdə “Barselona”nın heyətində dörd oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hücumçunun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.