“Barselona” 10 milyonluq təklifə “yox” dedi

“Benfika” “Barselona”nın futbolçusu Yasper Sillesseni transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Portuqaliya klubu 30 yaşlı qapıçı üçün “Barselona”ya 10 milyon avro təklif edib. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

“Barselona” isə holland qolkiper üçün gələn 10 milyonluq təklifi rədd edib. Kataloniya təmsilçisi Sillessen üçün ən azı 30 milyon avro tələb edir.

“Barsa” ilə 2021-ci ilə qədər müqaviləsi olan Sillessenin sözləşməsində “60 milyon avroya sərbəst qalır” maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button