Ballak “Bayern”in zədəli futbolçusu haqda danışdı

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Mixael Ballak Münhen təmsilçisinin yarımmüdafiəçisi Lennart Karlın zədəsi ilə bağlı danışıb.

Daha əvvəl klubun mətbuat xidməti 18 yaşlı futbolçuda budun arxa hissəsində əzələ dartılması (zədə) müəyyən edildiyini bildirmişdi.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, Ballak, Karlın təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını düşünür:

“Bu tip zədələrdə dəqiq müddət demək çətindir, çünki hər şey fərdi vəziyyətdən asılıdır. Bu, zədənin necə alınması və bərpa prosesi ilə bağlıdır”.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyunda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button