“Bakı”nın sabiq baş məşqçisi Super Liqa klubundan ayrıldı

Türkiyənin “Alanyaspor” komandasının baş məşqçisi Bülənt Qorxmaz istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bülənt Qorxmaz bu ilin sentyabrından “Alanyaspor”a rəhbərlik edirdi. O, 2009/10 mövsümündə Azərbaycanda “Bakı” komandasının baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button