“Bizdən nə istəyirlər, bilmirəm” – Höness

“Bayern”nin fəxri prezidenti Uli Höness komandanın hücumçusu Serj Qnabrinin müqaviləsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Höness bunları deyib:

“Qnabri, Niklas Süle ilə eyni vəziyyətdədir. Qnabriyə “Bayern”dən əla təklif var və o, öz qərarını verməlidir. Media isə transfer məsələlərində məni dəli edir. Bizdən nə istəyirlər, bilmirəm. Bəlkə, futbolçuları pula boğmalıyıq?”

Qnabri bu mövsüm “Bayern”in heyətində 45 oyunda 17 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçunun Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.