Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıb

Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.

Xalıq U-18, Bayramlı U-20, Həsənov U-20, Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.

Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button