Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” turnirinin təqvimi və formatı dəyişdi

Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FİFA ilə razılaşdırılmış formata əsasən, turnir iki oyundan ibarət olacaq.

Azərbaycan millisi martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button