
Azərbaycan UEFA reytinqində bir pillə irəlilədi – “Qarabağ”ın sayəsində
UEFA Çempionlar Liqası və Avropa Liqasının sonuncu – 8-ci turunun oyunlarından sonra Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
Komanda.az xəbər verir ki, “Qarabağ” son matçda “Liverpul”a (İngiltərə) 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün Azərbaycan 26-cı yerə yüksəlib.
Azərbaycan hazırda 22.937 xala malikdir. 27-ci sıradakı Sloveniyanın 22.843 əmsalı var.
Siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



