
Azərbaycan – Sent Lüsiya matçının vaxtında dəyişiklik edildi
Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FİFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



