Azərbaycan millisinin yeni baş məşqçisinin köməkçiləri məlum oldu

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorjenin köməkçiləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib.

O, Alexandro Silva və Romeo Almeyda ilə birgə çalışacaqlarını söyləyib.

Jorje uzun müddət bu məşqçilərlə işlədiyini deyib.

U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button