
Azərbaycan klubu futbolçusu ilə müqaviləyə xitam verdi
Azərbaycanın 1-ci Liqa təmsilçisi “Difai” futbolçusu Roman Hüseynovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Hüseynov cari mövsümün əvvəlindən “Difai”nin heyətində çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



