Vinisius azarkeşlərdən narazıdır

“Real”ın hücumçusu Vinisius Junior klubdan ayrılmaq imkanını nəzərdən keçirir və gələcək karyerası ilə bağlı bütün variantları açıq saxlayır.

Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Madrid klubu hələ də Vini­siusun maaş tələblərini yerinə yetirməyib. 25 yaşlı futbolçu ilə yeni müqavilə üzrə danışıqlar davam edir. Onun mövcud sözləşməsinin müddəti isə 2027-ci ilin ortalarına qədərdir.

Braziliyalı futbolçunun yaxın ətrafı bildirir ki, Vini­sius son illərdəki böyük töhfəsinə baxmayaraq, azarkeş dəstəyinin azalmasından narazıdır və bu da onun qərarına təsir edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button