Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi olub

Azərbaycan şahmatçısı Rüfət Abdullayev Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 30 illik yubileyi münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq turnirin qalibi olub.

Komanda.az xəbər verir ki, o, Paytaxt Mədəniyyəti Yolu Festivalı çərçivəsində təşkil olunan “TÜRKSOY Şahmat Turniri”ndə 1-ci yeri tutub.

Gökyay Fondu Şahmat Muzeyində baş tutan yarışda digər azərbaycanlı şahmatçı Anar Səlimov 2-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button