Azərbaycanlı hakim UEFA yarışlarında iki oyun idarə edib

FİFA referisi Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. O, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunun 3 oyununda fəaliyyət göstərib.

Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Digər azərbaycanlı referi Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button