Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat alıb

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.

Bu barədə Komanda.az-a Futzal federasiyasından bildirlib.

O, Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.

Bu, həm də FİFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button