Azərbaycanlı futbolçuların komandası kubokla vidalaşdı

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matça çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb və böyük hesabla uduzub – 1:4.

Sadıqov bu matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.

“Ximki” qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb və kubokla vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button