
“Azərbaycanla oyunun son dəqiqələrində şans bir az bizimlə deyildi”
Bolqarıstanın U-21 milli komandasının kapitanı Asen Mitkov AVRO- 2027-nin seçmə mərhələsinin B qrupunun 7-ci turunda Plovdivdə Azərbaycan yığması ilə qolsuz heç-heçə ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ölkəsinin “sportal.bg” saytına danışan Mitkov, Azərbacan yığması ilə matçdakı heç-heçə barədə bunları deyib:
“Azərbaycanla oyunun son dəqiqələrində şans bir az bizimlə deyildi, ustalıq da çatışmadı. İlk hissədə sanki tələsirdik. Amma hesab edirəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Düşünürəm ki, qələbəyə layiq idik. Balov və İliyev, eləcə də komandanın liderlərindən olan Teodor İvanovun yoxluğu təsirini göstərdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



