Azərbaycanın milli komandaları Türkiyəyə yollanıb

Çimərlik voleybolu üzrə Azərbaycan milliləri təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığmalar rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün hazırlıq keçəcəklər.

Komandalar qonşu ölkədə yoxlama matçlarında da qüvvəsini sınayacaqlar. Voleybolçular Türkiyə və Rusiya kollektivləri ilə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.

Təlim-məşqlərə 6 qadın, 7 kişi voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislər Nihad Tarverdiyev (qadınlar) və Cəlil Baxtiozin (kişilər) kömək edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button