Azərbaycanın iki güləşçisi ilk “10-luq”da

Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq sıralamasını açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (91 kq) 40 xalla 3-cü yerdədi.

Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button