Azərbaycanın 4 güləşçisi olimpiya çəkiləri üzrə yeni reytinq siyahısında

Dünya Güləş Birliyi (UWW) olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş yığmasının iki üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədi. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Yunan-Roma güləşçilərindən yalnız Avropa çempionu Sənan Süleymanov (77 kq) ilk “10-luğ”a düşüb. O, 22 xalla 9-cudu.

Qadın güləşçilərdən də yalnız Mariya Stadnik (50 kq) ilk “10-luq”da yer alıb. Dünya və Avropa çempionu 60 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button