“Kəpəz” və “Neftçi”nin sabiq üzvündən Azərbaycana dəstək

Azərbaycanda “Kəpəz” və “Neftçi” klublarında oynamış Dario Frederiko Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

Komanda.az xəbər verir ki, hazırda Latviyanın “Riqa” klubunun şərəfini qoruyan braziliyalı futbolçu “instagram” hesabında Azərbaycana dəstəyini nümayiş etdirən paylaşım edib. O, paylaşımında “Qarabağ Azərbaycanındır” deyə, qeyd edib. Dario, həmçinin, Gəncədə baş verən erməni terrorunu da pisləyib.

Dario, 2015-2017-ci illər və 2018-ci ilin yanvarından iyuluna qədər “Kəpəz”də çıxış edib. Daha sonra “Neftçi”yə keçən yarımmüdafiəçi 2019-cu ilin yanvarına qədər “ağ-qaralar”ın şərəfini qoruyub. Həmin ilin iyulunda yenidən “Neftçi”yə qayıdan Frederiko, bu yay “Riqa”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button