Azərbaycanda daha bir klub dağıldı

Ötən mövsüm Azərbaycan 1-ci divizionunda çıxış edən “Şüvəlan” klubu fəaliyyətini dayandırıb.

Komanda.az xəbər verir ki, klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib.

Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.

Qeyd edək ki, “Şüvəlan” 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm 1-ci divizionu 7-ci pillədə tamamlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button