Azərbaycan yığması Uelsə yola düşdü

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsin qonağı olacaq Azərbaycan millisi ölkəni tərk edib.

Komanda.az xəbər verir ki, komandamız az öncə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola çıxıb.

Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Kardiffə enəcək. “Hilton” otelində məskunlaşacaq yığmamızın sabah son məşqi və mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Uels – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button