Azərbaycan tarixinin ən yaxşı paralimpiya oyunları

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın paralimpiya komandası tarixinin ən yaxşı nəticəsini göstərərək, medal sıralamasında ilk 10-luqda yer alıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə Azərbaycanı qabaqlayıb. Nəticədə, Azərbaycan Tokio-2020-ylə 14 qızıl, 1 gümüş və 4 bürünc medalla vidalaşıb.

İlk sıranı 207 medal (96-60-51) qazanan Çin tutub. Böyük Britaniya 124 medalla (41-38-45) ikinci, ABŞ 104 medalla (37-36-31) üçüncü olub. Rusiya 118 medal qazansa da, yalnız dördüncü ola bilib (36-33-49). Türkiyə paralimpiyaçıları isə Yaponiyada 42-ci olub (2-4-9).

Növbəti paralimpiya oyunları üç il sonra – 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button