Azərbaycan – Slovakiya matçı şotlandlara tapşırıldı

Futbol üzrə Azərbaycan və Slovakiya milli komandaları arasında Bakıda keçiriləcək AÇ-2020-nin seçmə mərhələ oyununu idarə edəcək hakimlər bəlli olub.

Komanda.az xəbər verir ki, iyunun 11-də baş tutacaq matç şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi Con Biton təyin olunub. Ona yan xətt hakimləri Alan Mulvanni və Şon Karr kömək edəcək. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.

Hakimlərin işinə Hollandiyadan olan Yan Villem Veqereef qiymət verəcək. UEFA nümayəndəsi isə Rumıniyanı təmsil edən Aurel Mihail İonesku olacaq.

İyunun 11-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək. Azərbaycan millisi bu gün eyni stadionda Macarıstanla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button