
Azərbaycan millisinin sabiq baş məşqçisinin yeni iş yeri bilindi
Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki Asiyada işləyəcək.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstan Futbol Federasiyası ilə anlaşıb. Prosineçki Qırğızıstan millisinə rəhbərlik edəcək. Onunla artıq rəsmi müqavilə də imzalanıb. 56 yaşlı mütəxəssis üç illik müqaviləyə qol çəkib.
O, son olaraq Monteneqro yığmasına rəhbərlik edib.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



