
Azərbaycan millisinin Danimarka ilə oyunlarının başlama saatı bilindi
Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Qarşılaşmalardan birincisi yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə 16:00-da səsləndiriləcək.
Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



