Azərbaycan millisi Sloveniyada 4 qola sevindi

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, yerli “Olimpiya” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.

Azərbaycan millisi daha öncə Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button