Azərbaycan millisindən Kiprə 1 xallıq “hədiyyə”

Bu gün UEFA Millətlər Liqasında 4-cü tura start verilib.

Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan yığması da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi komanda Kipr yığmasıyla üz-üzə gəlib.

Azərbaycan – Kipr matçı cəbhədə baş verən hadisələrə görə Albaniyada keçirilib. Qarşılaşmanı xorvatiyalı hakim Fran Yoviç idarə edib. 90 dəqiqə ərzində qapılara yol tapa bilməyən tərəflər meydanı 1 xalla tərk ediblər. Halbuki, yığmamızın üzvləri bu oyunda çoxlu qol epizodu əldə etsələr də, onları sağa-sola xərcləyiblər. Hətta kapitan Qara Qarayev penaltini də boşa verib.

Qrupun digər matçında Monteneqro Lüksemburqu qəbul edəcək.

UEFA Millətlər Liqası, 4-cü tur

13 oktyabr

C Liqası, 1-ci qrup

Azərbaycan – Kipr 0:0
Matçın 27-ci dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Fran Yoviç (Xorvatiya)

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 9. Əli Qurbani, 15. Namiq Ələsgərov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Canni De Byazi.
Kipr: 1. Demetris Demetriu, 2. Antreas Karo, 3. Xristos Veler, 7. Minas Antoniu, 8. Xambos Kiriaku, 9. Dimitris Xristofi, 10. Pieros Sotiriu, 18. Kostakis Artimatas, 19. Kostas Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzionis.
Ehtiyat oyunçular: 12. Xaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas İoannu, 5. Fanos Katelaris, 6. Xristos Şelis, 11. Panayotis Zaxariu, 13. İoannis Kusulos, 14. Andronikos Kakulis, 15. Aleksander Qoqiç, 16. Mixalis İoannu, 17. Loizos Loizu, 23. İoannis Pittas.
Baş məşqçi: Yohan Valem.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button