Azərbaycan millisi “Keşlə”yə qalib gəlib, “Neftçi”yə uduzdu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.

Komanda.az xəbər verir ki, ötən gün “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.

Bu gün isə “Neftçi – 2” komandası ilə keçirilmiş görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un heyətində Camal Cəfərov fərqlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button