
Azərbaycan millisi ilə qarşılaşacaq Danimarka yığmasının heyəti açıqlanıb
Bakıda Azərbaycan futzal millisi ilə qarşılaşacaq Danimarka yığmasının heyəti açıqlanıb.
Bu haqda Komanda.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Rəqibin baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib: Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Mohammed Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuçs-Kristiansen, Kornelius Ambek-Noqgaard.
Beynəlxalq yoldaşlıq oyunları yanvarın 22-də və 24-də Bakı İdman Sarayında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



