Azərbaycan yığmasından ilk oyunda ağır məğlubiyyət

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağatahir Əzimovun çalışdırdığı kollektiv ilk sınağında Kiprlə qarşılaşıb.

Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyuna rəqib üstün başlayıb və fasiləyə qədər 4 cavabsız top vurub. İkinci hissədə də nominal qonaqlar fərqi artırıb. Turnirdə milli komandamızın ilk qolunu isə Hüseyn Qarayev rəqib qapısından keçirib.

Qrupda keçirilmiş digər oyunda Hollandiya yığması Sloveniyadan güclü olub – 5:4.

Yığmamız qrupda növbəti oyununu martın 28-də, saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək.

Futzal, Avropa çempionatının əsas mərhələsi
2-ci qrup

27 mart

Azərbaycan – Kipr 1:7
Qol
: H. Qarayev, 35:47 // M.Loizou, 03:46, 18:17, T. El Kebbe, 07:58, V. Papadopoulos, 11:51, 26:18, Ç. Koulloupa, 25:25, 28:37.
Hakimlər: Marko Tothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Jaruchievicz (Polşa).
Podçetrtek İdman Sarayı. Saat 22:45.

Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 4. Turan Əhmədov, 7. Nurlan Mehdizadə, 12. Niyaz Əhmədov (q), 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 10. Kənan Əsədli, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Kipr: 1. Georgios Eliades (q), 5. Çaris Koulloupa, 8. Savvas Poyiatzis, 10. Aleksis Tsitsos (k), 14. Mamas Loizou, 12. Kiriakos Economides (q), 2. Taha El Kebbe, 4. İlias Kypri, 6. Theodoros Papapanagiotou, 7. Dimitrios Angelis, 9. Stavros Tsampalas, 11. Vasilis Papadopoulos.
Baş məşqçi: Krisostomos Krisostomou.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button