Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı

Azərbaycanı təmsil edən ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə London olimpiadasında qazandığı bürünc medaldan məhrum edilib.

Komanda.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası Xristovun olimpiada vaxtı antidopinq qaydalarını pozduğunu ortaya çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bununla da, bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın həmin yarışda 4-cü olmuş Tran Le Kuok Toana (Vyetnam) verilməsi qərara alınıb. 

Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. O, 2015-ci ildə orqanizmindən “nandrolon” tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button