Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.

73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) – Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.

Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

73 kq
1/16 final. Hidayət Heydərov – Yonatan Elbaz (İsrail)

90 kq
1/8 final. Məmmədəli Mehdiyev – Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button