“Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur” – Nəsibov

“Azərbaycan çempionatında iştirak etmək istəyən komandalar çoxdur”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında deyib.

Nəsibov ölkə çempionatının püşkatmasından sonra fikirlərini bildirib:

“Əlbəttə, iştirak etmək istəyənlər çoxdur. Amma elələri var ki, kriteriyalara istədiyimiz kimi cavab vermirlər. Düşünürəm ki, gələn il komanda sayı daha çox olacaq. Ümumiyyətlə, federasiyanın gələcək işlərinə daha çox, daha fərqli yanaşma olacaq. Hətta gələn ildən 1-ci, 2-ci liqalar ola bilsin başlasın. Bu il ilk iki yeri tutacaq komandalar Azərbaycanı Çempionlar Liqasında, 3-cü yerin sahibi Avroliqada təmsil edəcək. Əvvəllər belə şey yox idi. Bu, həm reytinqimizə uyğundur, həm də komandalarımızın səviyyəsinin yüksəlməsinə dəlalət edir. Biz də istədik ki, Azərbaycan klublarından biri Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”.

Nəsibov peşəkar futbolçuların minifutbola keçid qaydalarına da toxunub:

“Peşəkar futboldan uzaqlaşdıqdan bir il sonra oyunçular minifutbol çempionatında oynaya bilər. 1/4 finaldan başlayaraq eyni meydançada ev-səfər prinsipi ilə təşkil olunacaq mərhələlərdə meydan sahibləri simvolik xarakter daşıyacaq”.

Minifutbol üzrə Azərbaycan çempionatı 7 ay davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button