Azərbaycan paraatleti Tunisdəki qran-pridə gümüş medal qazanıb

Azərbaycan paraatleti Elvin Astanov Tunisdə təşkil olunan qran-pridə gümüş medal qazanıb.

Bu barədə Komanda.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button