
Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qol müəllifləri açıqlanıb
Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Münsiflər heyətinin səsverməsinə əsasən, Misli Premyer Liqasında “Ayın qolu” layihəsinin qalibi “Zirə”nin futbolçusu Leroy Mikels olub.
Birinci Liqada Seymur Məmmədov (“Mingəçevir”), 2-ci Liqada isə Ceyhun Rəcəbli (“Şəmkir”) ən yaxşı qol müəllifləri seçiliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



