Nərimanın ABŞ klubuna transferi rəsmiləşdi

ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Kolumbus klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər olan müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Nəriman Axundzadə cari mövsümdə “Qarabağ”ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button