Avropalı deputatların tələbi: Belarus AÇ-2024-dən uzaqlaşdırılsın!

100-dən çox Avropa deputatı UEFA-nı Belarus millisini AÇ-2024-ün seçmə turnirində iştirakdan kənarlaşdırmağa çağırıb.

Komanda.az “Politico”-ya istinadən xəbər verir ki, deputatlar UEFA rəhbəri Aleksander Çeferinə məktub göndəriblər. Müraciət müəllifləri qeyd ediblər ki, Belarusda insan hüquqları pozulur və ölkə prezidenti Aleksandr Lukaşenko milli komandanın Avropa çempionatının seçmə mərhələsində iştirak etməsindən yaxşı qarşılandığını göstərmək üçün istifadə edə bilər.

AÇ-2024-ün seçmə turnirinin püşkatmasının nəticələrinə görə, Belarus yığması İsveçrə, Ruminiya, İsrail, Andorra və Kosovo ilə eyni qrupa düşüb. Belaruslular seçmə turnirdə ilk oyununu martın 25-də, İsveçrəyə qarşı keçirməlidirlər.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button