Avropa Super Liqası nə vaxt başlayır?

Avropa Super Liqasının baş katibi Anas Laqrari turnirin başlayacağı tarixi açıqlayıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, yarışın gələn ilin sentyabr ayında start götürməsinin planlaşdırıldığını deyib:

“Turnirə sabah başlaya bilərdik, lakin məqsəd 2025-ci ilin sentyabrında başlamaqdır. Və bunu Avropanın ən yaxşı komandaları, o cümlədən İngiltərə klubları ilə etmək istəyirik. Biz futbolu təkmilləşdirmək üçün birlikdə işləyə bilərik”.

Laqrari onu da vurğulayıb ki, azarkeşlər Super Liqa oyunlarını izləmək üçün bir qəpik də ödəməli olmayacaqlar, lakin onları reklamsız izləmək üçün aylıq 10 avro dəyərində abunə götürmək imkanı əldə edəcəklər.

Ötən ilin dekabr ayının 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Bunun ardından Avropa Super Liqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda 3 liqaya bölünən 64 klub orada iştirak edəcək. Hər liqada yarış 2 mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button