Avroliqa: “Ayntraxt” “Vest Hem”ə də qalib gəldi

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Almaniyada “Leyptsiq” Şotlandiyanın “Reyncers” komandasını sınağa çəkib və minimal hesabla qalib gəlib.

“Vest Hem” isə doğma meydanda Almaniyanın digər təmsilçisi “Ayntraxt”la (Frankfurt) qarşılaşıb. “Ayntraxt” Avroliqanın 1/4 mərhələsində İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırlmaqla çoxunun təəccübünə səbəb oldu. Bu baxımdan, Frankfurt təmsilçisinin “Vest Hem”lə görüşlərinin nəticəsi maraqla gözlənilirdi. Almaniya təmsilçisi İngiltərə klubuna da səfərdə qalib gəlməyi bacarıb.

UEFA Avropa Liqası, yarımfinal
İlk oyunlar

28 aprel

Leyptsiq (Almaniya) – Reyncers (Şotlandiya) 1:0
Qol: Anxelinyo, 85.
Hakimlər: Benoit Bastien, Hiçam Zakrani, Aurelien Berthomieu (hamısı Fransa)

Vest Hem (İngiltərə) – Ayntraxt (Almaniya) 1:2
Qol
: Antonio, 21 – Knauff, 1. Kamada, 54.
Hakimlər: Serdar Gözübüyük, Yoost van Zuilen, Yohan Balder (hamısı Niderland)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button