“Qarabağ” “Molde”ni məğlub yola saldı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” ilk turda Bakıda Norveç “Molde”si ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0.

H qrupunun digər matçında Almaniya “Bayer”i İsveç “Hakken”ini qəbul edib və 4:0 hesabıyla qalib gəlib.

Avropa Liqası, qrup mərhələsi
1-ci tur

21 sentyabr

Qarabağ – Molde (Norveç) 1:0
Qol: Leandro Andrade, 56.
Baş hakim: Con Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Molde: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus Eykrem (k).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 20. Kristian Eriksen, 21. Martin Linnes, 22. Maqnus Qrödem, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button