Avropa Liqası: Bu gün çempion məlum olacaq

Bu gün UEFA Avropa Liqasında 2023/2024 mövsümünün qalibinin adına aydınlıq gələcək.

Komanda.az xəbər verir ki, turnirin final matçında Almaniyanın “Bayer” (Leverkuzen) və İtaliyanın “Atalanta” komandaları üz-üzə gələcək.

İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçiriləcək oyunun start fiti saat 23:00-da səsləndiriləcək.

UEFA Avropa Liqasının son qalibi İspaniyanın “Sevilya” klubu olub.

UEFA Avropa Liqası, final

22 may

23:00. Atalanta (İtaliya) – Bayer (Leverkuzen, Almaniya)
İrlandiya, “Dublin Arena” stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button