“Arsenal”la MY məğlub oldu, “Beşiktaş” qələbə qazandı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam klubu İspaniyada “Sevilya”nın qonağı olub və məğlubiyyətlə üzləşərək qrupda qalıb. Qrupun digər matçında APOEL “Düdelanj”la üz-üzə gəlib və inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Türkiyənin “Trabzonspor” klubu bu turda “Xetafe”ni, “Beşiktaş” “Slovan”ı, “Başakşəhər” isə “Roma”nı qəbul edib. “Beşiktaş”ın əzmkar qələbəyə sevindiyi gündə digər Türkiyə klubları məğlubiyyətlə üzləşib.

İngiltərənin “Arsenal” klubu Frankfurt “Ayntraxt”ını sınağa çəkib və məğlub olub. “Mançester Yunayted” isə “Astana” səfərində məğlubiyyətlə üzləşib.

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” “Volfsburq”la qarşılaşmadan xalsız ayrılıb.

Avropa Liqası, qrup mərhələsi, 5-ci tur

28 noyabr

L qrupu

Astana (Qazaxıstan) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol
: Şomko, 55. Bernard, 62-öz qapısına – Linqard, 10.

Alkmaar (Hollandiya) – Partizan (Serbiya) 2:2
Qol
: Druiyf, 88; 90+2 – Asano, 16. Soumah, 27.

C qrupu

Krasnodar (Rusiya) – Bazel (İsveçrə) 1:0
Qol
: Ari, 72-pen.

Trabzonspor (Türkiyə) – Xetafe (İspaniya) 0:1
Qol
: Mata, 50.

J qrupu

Başakşəhər (Türkiyə) – Roma (İtaliya) 0:3
Qol
: Veretu, 30-pen. Kluyvert, 41. Dzeko, 45+1.

Volfsberq (Avstriya) – Borussiya (Münhenqladbax, Almaniya) 0:1
Qol
: Ştindl, 60.

H qrupu

ÇSKA (Rusiya) – Ludoqorets (Bolqarıstan) 1:1
Qol
: Çalov, 76 – Keseru, 66.

Ferentsvaroş (Macarıstan) – Espanyol (İspaniya) 2:2
Qol
: Siqer, 23. Skvarka, 90+1-pen – Melendo, 31. Darder, 90+6.

G qrupu

Feyenoord (Hollandiya) – Reyncers (Şotlandiya) 2:2
Qol
: Toornstra, 33. Sinisterra, 68 – Morelos, 53; 65.

Yanq Boyz (İsveçrə) – Portu (Portuqaliya) 1:2
Qol
: Faasnaxt, 6 – Abubakar, 76; 79.

I qrupu

Aleksandriya (Ukrayna) – Volfsburq (Almaniya) 0:1
Qol
: Veqorst, 45+1-pen.

Sent-Etyen (Fransa) – Gent (Belçika) 0:0

F qrupu

Arsenal (İngiltərə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2
Qol
: Obameyanq, 45+1 – Kamada, 55; 64.

Vitoriya (Portuqaliya) – Standard (Lyej, Belçika) 1:1
Qol
: A.Pereyra, 45+2 – Lestyenn, 40-pen.

E qrupu

Seltik (Şotlandiya) – Renn (Fransa) 3:1
Qol
: Morqan, 22. Kristie, 45+1. Conston, 74 – Hunu, 89.

Latsio (İtaliya) – ÇFR (Kluj, Rumıniya) 1:0
Qol
: Korrea, 24.

B qrupu

Luqano (İsveçrə) – Kopenhagen (Danimarka) 0:1
Qol
: Tomsen, 27.

Malmö (İsveç) – Dinamo (Kiyev, Ukrayna) 4:3
Qol
: Benqtsson, 2. Rosenberq, 48; 90+6. Rakip, 57 – Mikolenko, 18. Tsiqankov, 39. Verbiç, 77.

D qrupu

Rusenborq (Norveç) – LASK (Avstriya) 1:2
Qol
: Consen, 45 – Qoyqinger, 20. Frayzer, 54.

Sportinq (Portuqaliya) – PSV (Hollandiya) 4:0
Qol
: Felipe, 9. Fernandes, 16; 64-pen. Mateu, 43.

A qrupu

Düdelanj (Lüksemburq) – APOEL (Kipr) 0:2
Qol
: Matiç, 12-pen. Merkis, 43.

Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan) 2:0
Qol
: Xil, 61. Dabbur, 90+2.

Bombardir: Alfredo Morelos (Reyncers), Bruno Fernandes (Sportinq), Munir Əl Həddadi (Sevilya) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button