
Avropa kuboku: Azərbaycan millisi qrupda qaldı
Avstriyanın Qrats şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun final mərhələsi start götürüb.
Komanda.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması D qrupunun ilk matçında Belçika seçməsi ilə qarşılaşıb.
Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət kollektiv bu rəqibə minimal hesabla uduzub – 13:14.
Komandamız ikinci matçında Niderland seçməsi ilə qarşılaşıb. Azərbaycan yığması bu görüşdə böyük fərqlə uduzub – 6:22.
Beləcə, qrup sonuncusu olan Azərbaycan millisi 1/4 finala yüksələ bilməyib.
Avropa kubokuna sentyabrın 11-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin