Avropa çempionatı: Azərbaycan millisi bu gün Fransa ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək. “Tipos Arena”da təşkil olunacaq qarşılaşma saat 15:15-də start götürəcək.

Bu görüş qrup liderliyi baxımından önəmli olacaq.

İlk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komanda hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button