Avrokuboklarda ən çox qol vuran afrikalılar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) avrokuboklarda ən çox qol vuran afrikalı futbolçuların siyahısını açıqlayıb.

Komanda.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıya ən az 29 qol vurmuş 9 futbolçu daxil edilib. Onların qitənin müxtəlif turnirlərinin həm təsnifat, həm də əsas mərhələlərində vurduqları bütün qollar nəzərə alınıb.

Siyahıya “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir. Misirli forvard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Ayaks”la (3:0) matçda fərqlənərək, Afrika qitəsinin ən məhsuldar oyunçusuna çevrilib. O, “Çelsi”nin sabiq hücumçusu Didye Droqbanın rekordunu yeniləyib. Salah 51 qoldan 7-ni “Bazel”in, 1-ni “Fiorentina”nın, 3-nü “Roma”nın, 40-nı isə “Liverpul”un heyətində vurub. Bu toplardan 46-sı Çempionlar Liqasında, 5-i isə Avropa Liqasında qeydə alınıb.

Droqba “Çelsi”, “Marsel” və “Qalatasaray”ın heyətində qitənin ən nüfuzlu turnirində ümumilikdə 50 qol vurub.

“İlk üçlüy”ü kamerunlu Samuel Eto qapayır. 1999-2015-ci illərdə avrokuboklarda çıxış etmiş Eto 48 dəfə rəqiblərini məyus edib.

Karyerasını davam etdirənlər arasında Pyer-Emerik Obameyanq 4-cü, Sadio Mane isə 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button