28 oyunluq məğlubiyyətsizlik seriyası başa çatdı

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko” evdə “Atletik”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, Bilbao təmsilçisi Madrid klubunun evdə 28 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub. Komanda sonuncu dəfə öz stadionunda ötən ilin yanvar ayında “Barselona”ya məğlub olmuşdu.

Həmin vaxtdan bəri Dieqo Simeonenin komandası 26 dəfə qalib gəlib, 2 dəfə heç-heçə edib.

“Atletiko” və “Atletik” arasında cavab oyunu fevralın 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button