“Atletiko” Hernandesə əvəzləyici tapdı: Ya “Portu”lu, ya da…

“Atletiko” mövsümün sonunda komandadan ayrılacaq Lukas Hernandesə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçisini “Bavariya”ya satan Madrid təmsilçisi, “Portu”dan Aleks Tellesi, ya da “Ayaks”dan Nikolas Taqliyafikonu transfer etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Atletiko”nun hər iki futbolçunun klubu və meneceriylə danışıqlara başladığı bildirilib. Portuqaliya mətbuatı Tellesin Madrid klubuna keçməyə müsbət yanaşdığını iddia edib.

“Atletiko” sol cinah müdafiəçisi Lukas Hernandesi 80 milyon avro qarşılığında “Bavariya”ya satıb. Münhen təmsilçisi Hernandeslə 5 illik müqavilə imzalayıb. İspan müdafiəçi mövsümün sonunda “Bavariya”ya qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button